20/09/2022
15:47
2286
| A A A
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

İtaliyalı dünya çempionu Fabio Kannavaro ölkəsində Benevento-nun baş məşqçisi olacaq.

Goal.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, B Seriyasında çıxış edən komanda 49 yaşlı mütəxəssisə tapşırılacaq.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu adını qazanıb. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinin sükanı arxasında olub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI