21/09/2022
11:11
1543
| A A A
Kannavaro İtaliya klubunu çalışdıra bilər

Fabio Kannavaro B Seriyası komandasına rəhbərlik edə bilər.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviter hesabında məlumat yayıb.

49 yaşlı italiyalı B Seriyasında çıxış edən Benevento-nun baş məşqçisi ola bilər. Bu, onun İtaliyada məşqçi kimi ilk təcrübəsi olacaq.

Kannavaronun son klubu 2021-ci ilin sentyabrında tərk etdiyi Çinin Guangzhou olub.