21/09/2022
11:40
1616
| A A A
Lukaku zədəsini sağaldıb

İnter-in hücumçusu Romelu Lukaku zədədən sonra ilk məşqini keçirib.

Goal.az xəbər verir ki, belçikalı hücumçuya sol bud nahiyəsində zədə diaqnozu qoyulmuşdu.

Lukaku zədə səbəbindən 6 matçı buraxıb. 29 yaşlı belçikalının oktyabrın 1-də Roma-ya qarşı oynayacağı gözlənilir.

Lukaku bu mövsüm A Seriyasında 3 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.