İtaliya klubu Qətər şeyxinə satılır
Sampdoria klubu Qətərin kral ailəsinin üzvünə satılır.
Goal.az xəbər verir ki, bu barədə yerli ANSA məlumat yayıb.
Mənbənin iddiasına görə, Qətər şeyxlərindən olan Xalid Faleh Əl-Tani italyan kinoprodüseri Françesko Di Silvio və Sampdoria-nın veteran futbolçusu İvano Bonetti ilə birlikdə hazırda A seriyasında sonuncu yerdə olan Genuya klubunun bütün səhmlərini almağa çalışır. Di Silvio Əl-Taninin adından danışıq aparmaq üçün ondan etibarnamə aldığını təsdiqləyib.
Sampdoria-nın sahibi və prezidenti Massimo Ferrero 2021-ci ilin dekabrında maliyyə cinayətlərinə görə həbs olunduqdan sonra klub maliyyə problemi ilə üzləşib. (fanat)