Milan-da yeni müqavilə
Milan yarımmüdafiəçisi İsmael Bennaserlə yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, əlcəzairli oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, Bennaser bu mövsüm A Seriyasında Milan-ın heyətində 17 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. O, 2019-cu ildən sözügedən klubda çıxış edir.