İbrahimoviçin yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil
Milan-ın futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara nə vaxt qayıda biləcəyi hələ də məlum deyil.
Goal.az xəbər verir ki, isveçli forvard dizindəki ağrılardan əziyyət çəkməkdə davam edir. Onun nə vaxt qayıdacağı bəlli deyil.
41 yaşlı hücumçu əzələlərini gücləndirmək üzərində fəal işləyir. Lakin əvvəllər onun fevralın ortalarında oynaya biləcəyi güman edilirdisə, indi bu tarixin dəyişəcəyi variant çox ehtimal olunur.