19/01/2023
12:23
3432
| A A A
İnter ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazanıb

İtaliya Superkubokunda Milan-ı 3:0 hesabı ilə yenən İnter ardıcıl ikinci dəfə kuboku qazanıb.

Goal.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.

Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Ceko (21) və Lautaro Martines (77) vurub.

Milan ölkə çempionu, İnter isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.

İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin Juventus-udur.

İnter yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə Milan-la ikinci yeri paylaşır. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI