11/02/2023
15:53
1607
| A A A
İtaliya A Seriyasının ən yaxşısı seçildi

A seriyasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı Napoli-nin 24 yaşlı hücumçusu Viktor Osimhen olub. O, Paulo Dibala (Roma), Lautaro Martinez (İnter), Ademola Lukmen (Atalanta) və Luis Albertonu (Lazio) qabaqlayıb.

Qeyd edək ki, Osimhen ötən ay A seriyasında 5 matda 5 qol vurub və 1 qolun ötürməsini verib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI