Milan 3000-ci matçını keçirib
Milan İtaliya A Seriyasının XXII turunda Torino-nu məğlub edib - 1:0.
Goal.az xəbər verir ki, bu görüş "rossoneri"lərin yerli çempionatda 3000-ci matçı olub.
Milan İtaliya A Seriyası tarixində bu qədər oyun keçirən 4-cü komandadır. Bundan əvvəl İnter, Roma və Juventus bu göstəriciyə çatıb.