De Rossi istefaya göndərildi
SPAL klubu baş məşqçisi Daniele De Rossini istefaya göndərib.
Goal.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
39 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.
Son üç oyununda məğlubiyyətlə üzləşən SPAL B Seriyasında 24 oyuna topladığı 24 xalla 18-ci pillədə qərarlaşıb.