Salernitana-da yeni baş məşqçi
Polşa millisindən ayrılan Paulo Sousanın yeni ünvanı məlum olub.
Goal.az xəbər verir ki, mütəxəssis Salernitana klubuna baş məşqçi təyin olunub. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Salernitana A Seriyasında 21 xalla 16-cı sıradadır.