18/02/2023
20:35
1353
| A A A
Kvaratsxeliya Napoli-də 93 illik rekordu təkrarlayıb

Gürcüstan millisinin hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 1930-cu ildən sonra Napoli-də bir mövsümdə 10-dan çox qol vuran ən gənc futbolçu olub.

Goal.az xəbər verir ki, səfərdə Sassuolo-nu 2:0 hesabı ilə məğlub etdikləri A Seriyasının XXIII tur oyununda fərqlənən 22 yaşlı vinger 93 illik rekordu təkrarlayıb.

İstedadlı oyunçu 12-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapmaqla görüşdə hesabı açıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm Napoli-nin heyətində bütün turnirlərdə 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI