İnter Hakan Çalhanoğlu ilə bağlı qərar verib
İnter futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir.
Goal.az xəbər verir ki, bu barədə klubun baş direktoru Cuzeppe Marotta məlumat verib: "Hakan Çalhanoğlu ilə müqaviləni uzatmaq üçün çalışırıq. Agentlərlə danışıqlar aparırıq. Onun və digər futbolçularla danışıqlara davam edəcəyik".
Qeyd edək ki, Türkiyə millisinin üzvünün klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.