Jiru karyerasıyla bağlı qərar verdi
Milan-ın futbolçusu Olivye Jiru açıqlama verib.
Goal.az xəbər verir ki, DAZN nəşrinə danışan forvard "qırmızı-qaralar"da qalmaq istədiyini deyib:
"Milan-da qalmaq istəyirəm. Ümid edirəm ki, tezliklə yeni müqavilə ilə bağlı razılaşma əldə olunacaq. Danışıqlar davam edir".
Qeyd edək ki, Jirunun sözləşməsi mövsümün sonunda bitir. Fransalı forvard bu sezon 30 oyunda 11 qol vurub.