01/03/2023
13:21
3544
| A A A
Napoli-də yeni müqavilə

Napoli 2022/23 mövsümünün sonunda futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək.

Goal.az xəbər verir ki, A seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin maaşını 2 dəfə artıracaq və həmçinin performans bonusları əlavə edəcək.

Hazırda Gürcüstan millisinin üzvü 2027-ci ilin yayına kimi olan müqavilə əsasında illik 1,2 milyon avro qazanır. İtaliya klubu Kvaratsxeliyaya ildə 2,5 milyon avro ödəməyə, eləcə də müqaviləsini 2028-ci ilə qədər uzatmağa hazırlaşır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI