14/05/2021
15:55
2810
| A A A
Jiru İtaliya nəhənglərinin hədəfində

Chelsea-nin futbolçusu Olivye Jiru yayda klubu tərk edəcək.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirə bilər. Chelsea ilə müqaviləsi yaya qədər olan Jiru ilə İnter və Lazio klubları yaxından maraqlanır.

London təmsilçisində az şans qazanan fransız hücumçu klubla müqaviləsini yeniləməyəcək və yayda azad agent olacaq.

Qeyd edək ki, Jiru bu mövsüm Chelsea ilə 28 oyunda 11 qol vurub.