09/12/2022
11:15
1658
| A A A
DÇ-2022: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. "Edyukeyşn Siti" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.

Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI