07/02/2023
12:25
1380
| A A A
Zəlzələ zamanı binadan tullanan türkiyəli futbolçu yaralanıb

Türkiyənin Yeni Malatyaspor klubunun futbolçusu Barış Başdaş ağır yaralanıb.

Goal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi baş vermiş zəlzələ zamanı yaşadığı binanın ikinci mərtəbəsindəki evinin eyvanından tullanıb.

Ciddi xəsarət aldığı bildirilən Türkiyənin gənclər yığmasının sabiq oyunçusu dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, zəlzələ zamanı dağıntılar altında qalan Yeni Malatyaspor-un qapıçısı Ahmet Eyüp Türkaslan hələ tapılmayıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI