Sabah klubu yeni rekorda imza atıb
Sabah klubu tarixinin yeni rekorduna imza atıb.
Goal.az xəbər verir ki, paytaxt təmsilçisi buna Səbail-i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXI tur oyununda nail olub.
"Bayquşlar" çempionatda ardıcıl dörd quru oyun keçirib. Murad Musayevin baş məşqçi olduğu kollektiv mövsümün ilk yarısını Sumqayıt üzərində 6:0 hesablı qələbə ilə başa vurub.
2023-cü ildə Neftçi-ni 2:0, Qəbələ-ni 3:0, Səbail-i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 quru hesablı qələbə qazanıb.
Sabah sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında Kəpəz-dən qol buraxıb – 2:2.
Bunadək komandanın ən uzun quru seriyası 3 oyundan ibarət idi. Sabah 4 dəfə belə seriyaya imza atıb.