I divizionda XVI tura start verilib
Bu gün Azərbaycan I Divizionunda XVI tura start verilib.
Goal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
"Kəpəz"in əvəzedici komandası Gəncədə "Zirə-2"-ni məğlub edib. 5 qolun vurulduğu "Şamaxı-2" - "Turan Tovuz-2" matçında qonaqlar qələbə qazanıb.
"Qəbələ-2" isə səfərdə "İmişli"ni məğlub edib.
I Divizion
XVI tur
Kəpəz-2 - Zirə-2 - 1:0
Qol: Elnur Cəfərov, 90
Şamaxı-2 - Turan Tovuz-2 - 2:3
Qollar: Qurban Səfərov, 27, Tapdıq Əhmədov, 51 - Nazim Həsənzadə, 70, Akif Tağıyev, 71, Rəşad Əliyev, 82
İmişli - Qəbələ-2 - 0:2
Qollar: Rauf Məhərrəmov, 50, Xəyyam Məmmədli, 90+3