07/02/2023
18:59
3783
| A A A
Kolo-Muani top klubların hədəfindədi

Manchester United, Bayern Münich və Liverpool Eintracht Frankfurt-un hücumçusu Randal Kolo-Muaninin xidmətində maraqlıdır.

Goal.az xəbər verir ki, Almaniya klubu 24 yaşlı fransalını 100 milyon avroya satmağa hazırdır. Daha əvvəl futbolçunun qiyməti 80 milyon avro hesab edilirdi. Ancaq onun bu mövsüm yaxşı performans göstərməsi məbləğin artmasına səbəb olub.

Qeyd edək ki, Randal bu mövsüm 27 matçda 12 qol vurub, 11 assist edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI