14/05/2021
13:28
1614
| A A A
Dinamo Kyiv daha bir titul qazandı

Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

Goal.az xəbər verir ki, həlledici oyunda Dinamo Kyiv ilə Zorya komandaları qarşılaşıb.

Həlledici oyunda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə hesabı açan Dinamo 1:0 hesabıyla qalib gələrək Ukrayna kubokunun sahibi olub. Yeganə qolu Viktor Tsiqankov rəqib qapısından keçirib. O, 105+2-ci dəqiqədə penaltini də boşa verib.

Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Kiyev Dinamo-su bununla “qızıl dubl”a imza atıb. Bu komanda tarixində 13-cü dəfə Ukrayna kubokunun qalibi olub. Bununla da kiyevlilər eyni sayda kubok qazanmış Shakhytar Donetsk-ə çatıblar.