22/08/2019
14:20
4751
| A A A
Azarkeşlər Neymarı istəmədi, PSG cəzalandı

Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSG-ni cərimələyib.

Goal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna paytaxt klubunun azarkeşlərinin ölkə çempionatının ilk turunda Nimes-lə matçda (3:0) komandanın hücumçusu Neymarın əleyhinə "Neymar, rədd ol, get" yazılı banner açması səbəb olub. Azarkeşlər həmçinin, matç ərzində 27 yaşlı oyunçunu təhqir ediblər. Buna görə qurum PSG-ni 2 min avro məbləğində cərimələyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12697 səs