Fransa klubu ingilis milyarderə satıldı
Fransanın Nice klubunun sahibi dəyişib.
Goal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İNEOS şirkətinə satılıb. İNEOS şirkətinin sahibi ingiltərəli iş adamı Cim Retkliffdir. Onun 24,5 milyard dollar sərvəti var.
Fransa mətbuatının iddiasına görə, İsveçrənin Lozanna klubunun və SKY velosiped komandasının sahibi olan 66 yaşlı Cim, Nice-nin səhmləri üçün 120 milyon avro ödəyib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR