26/09/2019
16:30
1259
| A A A
Dimitri Payeyə ağır cəza verildi

Marseille-in yarımmüdafiəçisi Dimitri Paye diskvalifikasiyaya məruz qalıb.

Goal.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun hakimi söyməsi olub.

Belə ki, Liqa1-in VI turunda Montpellier ilə ev oyununun son dəqiqələrində sarı vərəqə alan 32 yaşlı hücumameyilli oyunçu hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Qarşılaşmanın baş hakimi Amauri Deler raportunda futbolçunun meydandan çıxarkən onu üç dəfə söydüyünü yazıb. Bu üzdən yerli Nizam-İntizam Komitəsi ona 4 oyunluq cəza kəsib.

Qeyd edək ki, Marseille - Montpeiller matçı 1:1 hesabı ilə başa çatıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37236 səs