10/10/2019
13:55
1540
| A A A
PSG əsas futbolçuları ilə müqavilə bağlamayacaq

PSG iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, müdafiəçi Tyaqo Silva və hücumçu Edinson Kavani komandanı tərk edəcək.

Paris təmsilçisi adıçəkilən futbolçularla mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaqda maraqlı deyil. 35 yaşlı Silva artıq gələcək planlara daxil edilmir. 32 yaşlı Kavani isə tez-tez zədələndiyi üçün klub daha gənc hücumçuya ehtiyac duyur. Həm Silva, həm də Kavani mövsümün sonunda azad agent kimi istənilən kluba keçə biləcək.

Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən, Edinson Kavani isə 2013-cü ildən PSG-də çıxış edir.