30/10/2019
12:00
7434
| A A A
PSG İkardi ilə bağlı qərarını açıqladı

PSG İnter-dən icarəyə götürdüyü Mauro İkardiylə bağlı qərarını verib.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi qış fasiləsində İkardinin transfer hüquqlarını satın almaq üçün İnter-lə danışıqlara başlayacaq.

İkardinin PSG-ylə icarə müqaviləsində “65 milyon avroya transfer hüquqlarına sahib olmaq” maddəsi də var.

Bu mövsüm PSG ilə 7 oyunda 7 qol vuran argentinalı hücumçu, bir müddət əvvəl verdiyi açıqlamada Parisdə xoşbəxt olduğunu demişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39540 səs