06/11/2019
12:10
1162
| A A A
Neymar azarkeşi vurduğuna görə cəzalandırılmadı

Fransa məhkəməsi keçən mövsüm ölkə kubokunun finalında, Rennes-lə keçirilən oyunda azarkeşlə insident yaşayan PSG-nin hücumçusu Neymarla bağlı qərar verib.

Goal.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra azarkeşi yumruqla vuran hücumçu cəzalandırılmayacaq. Belə ki, Neymara yazılı xəbərdarlıq edən məhkəmə, ona qarşı heç bir tədbirin görülməyəcəyini bildirib.

Penaltilər seriyasında məğlub olan PSG-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara “futbol oynamağı öyrən” deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb. Bundan sonra həmin azarkeş futbolçuya qarşı məhkəmə iddiası qaldırmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs