13/01/2020
19:20
2050
| A A A
Verratti 300-ə çatdı

PSG Fransa Liqa 1-in 20-ci turu çərçivəsində Monaco ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.

Goal.az xəbər verir ki, bu oyun PSG-nin yarımmüdafiəçisi Marko Verratti üçün əlamətdar olub. İtaliyalı futbolçu PSG-nin heyətində 300-cü oyununu keçirib. Yarımmüdafiəçi bu göstəricidə 8-ci futbolçu olub.

2012-ci ildən PSG-nin şərəfini qoruyan 27 yaşlı futbolçu, bu oyunlarda 9 qolla yadda qalıb. Verrattinin klubla müqaviləsi 2024-cü ilin iyununadək nəzərdə tutulub.