19/01/2020
18:09
1620
| A A A
Monaco-da rəsmi ayrılıq

Liqa 1-də ikinci dövrəyə pis başlamayan Monaco veteran futbolçu Naldo ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə "knyazlıq klubu"nun rəsmi saytı məlumat yayıb.

38 yaşlı braziliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2019-cu ilin yanvarından Monaco-da forma geyinən Braziliya yığmasının keçmiş üzvünün klubla anlaşması mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Naldo Werder, Wolfsburg, Schalke kimi klublarda çıxış edib.