21/02/2020
17:46
2725
| A A A
Tuhelin əvəzinə Alleqri və Sarri

PSG yayda baş məşqçisi Tomas Tuhellə yolları ayıra bilər.

Goal.az xəbər verir ki, rəhbərlik almaniyalı mütəxəssisin işindən razı deyil.

Tuhellə istədikləri hədəfə çata bilməyəcəklərini düşünən klub rəhbərliyi onu Massimiliano Alleqri və ya Maursio Sarri ilə əvəzləmək istəyir.

Tuhel 2018-ci ildən Paris klubunu çalışdırır.