07/03/2020
13:57
1306
| A A A
PSG-nin matçı təxirə salındı

Fransa çempionatının 28-ci turunun bu gün keçirilməli olan Strasbourg - PSG oyunu təxirə salınıb.

Goal.az xəbər verir ki, buna koronavirusun yayılması səbəb olub. Görüşün nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, hazırda Fransada koronavirusa yoluxanların sayı 600 nəfərdən çoxdur.