20/03/2020
17:36
1422
| A A A
Fransa klubu futbolçuların və məşqçilərin məvaciblərini azaltdı

Fransanın Amiens klubu koronavirus pandemiyasının yayılması səbəbindən liqaların dayanmasını nəzərə alaraq, futbolçuların və məşqçilərin məvaciblərini azaldıb.

Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Amiens futbolçuların və məşqçilərin məvaciblərini 16 faiz azaldıb.

Fransa Liqa 1-i koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədiylə qeyri-müəyyən müddətə təxirə salınıb.