13/04/2020
20:51
2164
| A A A
Fransa çempionatı bu tarixlərdə bərpa oluna bilər

Koronavirus pandemiyasına görə dayandırılan Fransa Liqa 1-də cari mövsümün bərpası üçün 2 tarix müzakirə olunur.

Goal.az xəbər verir ki, çempionatın iyunun 3-ü və ya 17-də yenidən başladılması nəzərdən keçirilir.

Hazırda Fransa Futbol Federasiyasının məhz bu iki tarix üzərində dayandığı bildirilib. İddiaya görə, son qərar ölkədəki vəziyyətdən asılı olaraq veriləcək.

Qeyd edək ki, Liqa 1 martın 13-də dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSG 68 xalla liderdir. 12 xal geridə olan Marseille isə ikinci yerdə gedir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5797 səs