21/05/2020
12:44
436
| A A A
Fransa çempionatında komanda sayı artırılacaq

Fransada koronavirus pandemiyası üzündən yarımçıq yekunlaşdırılan Liqa 2 ilə bağlı önəmli qərar qəbul edilib.

Goal.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-də heç bir iştirakçının aşağı diviziona düşməyəcəyini, sözügedən birincilikdə komanda sayının artırılacağını açıqlayıb.

2020/21 mövsümündə Liqa 2-dəki mübarizəyə gücünə görə 3-cü olan çempionatdan iki klub da qoşulacaq və komanda sayı 22 olacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5796 səs