25/12/2020
19:51
1294
| A A A
Tuxelə ödəniləcək təzminat bilindi

PSG istefaya göndərdiyi deyilən Tomas Tuxelə təzminat ödəyəcək.

Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, Paris klubu Tuxelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq. Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.

2018-ci ildən PSG-ni çalışdıran Tuxelin müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. Klub Tuxelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib. Onun Maurisio Poçettino ilə əvəzlənəcəyi iddia olunur.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs