Nantes-in yeni baş məşqçisi müəyyənləşdi
Nantes-in yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Raymon Domenek çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da Rennes-ə qarşı olacaq. Domenekin son iş yeri 2004-2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub.
Nantes Fransa çempionatındakı son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı pillədə qərarlaşıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR