28/12/2020
17:27
2530
| A A A
PSG-nin yeni baş məşqçisi müəyyənləşdi

PSG-nin yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino ilə müqavilə imzalayıb.

Bu barədə jurnalist Fabritsio Romano tvitter hesabında paylaşım edib. O, PSG-nin 48 yaşlı argentinalı ilə rəsmi sözləşmə imzaladığını açıqlayıb. Müqavilənin detalları isə hələ məlum deyil.

PSG-nin Poçettinonun təyinatını yaxın zamanda açıqlaması gözlənilir.

PSG əvvəlki baş məşqçisi Tomas Tuxelin postundan ayrıldığını da hələ rəsmi olaraq açıqlamayıb. Ancaq parislilərin bir neçə futbolçusu sosial şəbəkə hesablarında artıq Tuxellə vidalaşıb.

Qeyd edək ki, Maurisio Poçettino son olaraq Tottenham-i çalışdırıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19921 səs