PSG-nin ilk qolunun müəllifi vəfat etdi
PSG-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.
Qinedu, PSG-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSG-nin Poiters-ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub – 1:1.
PSG klubunun əsası 1970-ci ildə qoyulub. (matc)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR