10/01/2021
12:20
3500
| A A A
Dembelenin gələcək klubu bilindi

Lyon-un idman direktoru Juninyo Permanbukano Usman Dembele haqqında açıqlama verib.

Goal.az xəbər verir ki, o, məşhur futbolçunun Atletico Madrid ilə razılaşdığını deyib.

"Dembele ayrılmaq istəyir. Bunu birbaşa mənə dedi və motivasiya itkisi yaşadığını anlatdı. Özü Atletico Madrid ilə razılaşıb və biz də hazırda klubla danışıqlar aparırıq. Ayrılmaq istəyəni 5 ay saxlamağın mənası yoxdur",- deyə braziliyalı məşqçi bildirib.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm komandası ilə çıxdığı 18 matçda cəmi 1 qol vura bilib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs