21/03/2021
10:40
976
| A A A
Neymar sıraya döndü

PSG-nin futbolçusu Neymar zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, bu barədə baş məşqçi Maurisio Poçrttino danışıb. O, 29 yaşlı hücumçunun Liqa 1-in 30-cu turunda Lyon-la matça iştirak edə biləcəyini deyib:

"Neymar Lion-a qarşı oyundan əvvəl ümumi komandada məşq edəcək. Onun qayıdışı həm bizim üçün, həm də özü üçün xoşbəxtlikdir. Neymara inana bilərsiniz. Ancaq sağlam, real düşüncənin tərəfdarıyıq. Neymar demək olar ki, 6 həftə oynamır. Bu müddətdən sonra oynamağa başlamaq çətin ola bilər".

Fransa kubokunda Can ilə matçda (1:0) zədələnib.

Qeyd edək ki, bu gün keçiriləcək Lyon - PSG matçı 00:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs