11/04/2021
14:24
809
| A A A
PSG-nin futbolçuları sağaldı

PSG-nin futbolçuları Marko Verratti və Alessandro Florenzi koronavirusdan sağalıblar.

Goal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi və 30 yaşlı müdafiəçidən götürülən koronavirus testlərinin nəticəsi neqativ olub. Onların Çempionlar Liqasının 1/4 finalında Bayern Münich ilə cavab görüşündə meydanda olacaqları gözlənilir.

Qeyd edək ki, komandalar arasında ilk oyun Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Aprelin 13-də keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs