23/04/2021
14:44
1948
| A A A
Fransa klubu müflis elan oluna bilər

Bordeaux klubu müflis olmaq təhlükəsi ilə üzləşib.

Goal.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun sahibi King Street şirkəti Bordeaxu-u maliyyələşdirmək istəmədiyini açıqlayıb.

King Street şirkəti artıq klubu dəstəkləmək və maliyyə ehtiyaclarını qarşılamaq istəmir. Bordeaux koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkilərinə məruz qalıb və klub müflis olmaq üzrədir.

Qeyd edək ki, Bordeaux hazırda Liqa 1-də 16-cı sıradadır.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs