28/04/2021
15:55
1178
| A A A
Liqa 1-də komanda sayı azaldıla bilər

Fransa Liqa 1-də komanda sayı azaldıla bilər.

Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının (LFP) Liqa 1-də komanda sayını 20-dən 18-ə endirməyi düşündüyü bildirilib. Qurumun aprelin 21-də keçirilən iclasında bu məsələ müzakirə olunub. İclasda LFP-nin bəzi nümayəndələri klub sayının 16-ya endirilməsi təklifini də irəli sürüb.

Liqa 1-də komanda sayının azaldılması ilə bağlı qərar qəbul edilsə, bu, 2022/23 mövsümündən tətbiq ediləcək.

Liqa 1-də hazırda 20 komanda mübarizə aparır. Lille komandası 34 turdan sonra 73 xalla liderdir. PSG və Monaco isə hərəyə 71 xal toplayaraq, 2 və 3-cü yerləri bölüşürlər.(matc)