02/05/2021
13:57
2539
| A A A
Fransanın 2 klubuna transfer qadağası qoyuldu

FİFA Fransanın iki klubuna transfer qadağası qoyub.

Goal.az xəbər verir ki, bunlar Angers və Paris klublarıdır. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Klublar bundan başqa, 30 min İsveçrə frankı məbləğində də cərimə olunublar.

Hər iki klub transfer qaydalarını pozduqları üçün cəzalandırılıblar və onlar qarşıdakı yay transfer pəncərəsi dövründə heyətlərini yeni futbolçu ilə gücləndirə bilməyəcəklər.

Paris klubu 2020-ci ilin avqustunda daha əvvəl həvəskar futbulçu olan Kevin Bemanqa ilə müqavilə imzalamış, 6 həftə sonra isə sözügedən oyunçunu Angers-ə satmışdı.

23 yaşlı futbolçu 2021-ci ilin fevralında İsveçrənin Sion klubuna icarəyə verilib və hazırda sözügedən komandada çıxış edir.

Qeyd edək ki, Angers Liqa 1-də, Paris isə Liqa 2-də mübarizə aparır.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs