03/05/2021
14:48
1146
| A A A
PSG-nin futbolçusu evsizlərə yemək payladı

PSG-nin futbolçusu Moyze Kin Parisin şimalında ehtiyacı olanlara kömək edib.

Goal.az xəbər verir ki, 21 yaşlı hücumçu Port-de-la-Şapel bölgəsində evsiz miqrantlara yemək paylayıb.

Qeyd edək ki, PSG mayın 4-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə İngiltərədə Manchester City-nin qonağı olacaq. Parisdəki ilk görüşdə Fransa klubu 1:2 hesabı ilə uduzub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs