08/05/2021
11:27
2497
| A A A
PSG Neymarla bağlı son qərarını verdi

Braziliyalı hücumçu Neymar PSG ilə mövcud razılaşmanın müddətini daha dörd il uzadacaq.

Goal.az xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu bu gün PSG ilə 30 iyun 2026-cı il tarixinədək yeni müqavilə imzalayacaq. 29 yaşlı Neymar bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.

Qeyd edək ki, Neymarıın klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.