08/05/2021
18:22
1579
| A A A
PSG Neymarla yeni müqavilə bağladı — RƏSMİ

PSG futbolçusu Neymarla yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə sözləşmə 2025-ci ilədək uzadılıb. Braziliyalı oyunçu Paris klubunda vergiləri çıxmaq və bonusları hesablanmaqla illik 30 milyon avro qazanacaq.

Qeyd edək ki, Neymar PSG-yə 2017-ci ildə Barcelona-dan keçib. Onun yayda bu kluba qayıdacağı haqda xəbərlər var idi.