08/05/2021
19:37
1659
| A A A
Burak Yılmaz İbrahimoviçə çatdı

Fransa Liqa 1-in 35-ci turunda Lens-lə maçt "Lill"in futbolçusu Burak Yılmaz üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, türkiyəli hücumçu qarşılaşmada (3:0) dubl edib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb. Beləliklə, Yılmaz Avropanın 5 böyük liqasında çıxış edən 35 və daha çox yaşı olan oyunçular arasında qol sayına görə Zlatan İbrahimoviçə çatıb və 2-ci pillədə qərarlaşıb. Bu göstəricidə lider isə 27 qolla Kriştiano Ronaldodur.

Qeyd edək ki, Burakın bu mövsüm aktivində 5 qol ötürməsi də var.