10/05/2021
16:55
1848
| A A A
PSG Drakslerlə bağlı qərar verdi

PSG Neymardan sonra daha bir futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Goal.az xəbər verir ki, Paris təmsilçisi almaniyalı yarımmüdafiəçi Yulian Drakslerlə yeni sözləşmə imzalayacaq.

Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Müqavilənin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Yulian Draksler 2017-ci ildən PSG-də çıxış edir.